RU

12 yaşlı məktəbli elektron siqaretdən öldü

Moskva vilayətinin Voskresensk şəhərində 12 yaşlı qız ard-arda dörd elektron siqaret çəkdikdən sonra ölüb. 

Milli.Az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.

Məktəblinin meyitini işdən evə qayıdan zaman anası aşkar edib. Qızın yanında 4 ədəd elektron siqaret olub.

Ölümə səbəb olan şey məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.

Qızın hər hansı xəstəliyinin olmadığı bildirilir.

Milli.Az

Избранный
11
milli.az

1Источники