RU

Rusiyada satanizm qadağan edilə bilər

Rusiya Dövlət Duması Rusiyada satanizmi qadağan edən qanun layihəsini hazırlamağa başlayıb və yaxın vaxtlarda onu təqdim edəcək.

 

Oxu24.com  xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Nikolay Burlyaev Dövlət Dumasının Vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklərin problemləri üzrə komitəsinin “Rusiyanın Ruhani Cəbhəsi” mövzusunda keçirilən dəyirmi masasında bildirib.

 

“Satanizmin aktiv bir quruluş olduğu haqqında danışılırdı. Onlar satanizmin qadağan edilməsi ilə bağlı layihə hazırlamağa başladılar.

 

Deputat əlavə edib ki, hazırda sənəd hazırlanır və müvafiq komitə 10 gün ərzində satanizm əleyhinə layihə təqdim edə bilər.

 

Yanvarın 28-də Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bəyan etdi ki, dövlət əhali arasında okkultizmin yayılmasına, eləcə də reklam vasitəsilə “dağıdıcı dini təlim və ayinlərin” açıq şəkildə tətbiqinə qarşı mübarizə aparmalıdır.

 

Rus Pravoslav Kilsəsinin rəhbəri qeyd edib ki, “bütün səviyyələrdə təhsil müəssisələrində yeni, psevdo-ənənəvi, lakin əslində neopqanizm tədbirlərinin keçirilməsi haqqında məlumatlara” xüsusi diqqət yetirilməlidir. Patriarx Kirill də satanizmin Rusiyada ekstremist hərəkat kimi qadağan edilməsi təşəbbüsünü dəstəkləməyə çağırıb.

 

Miri

 

Избранный
7
oxu24.com

1Источники