17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) fevral ayında təlim-məşq toplanışı təşkil olunacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Fevralın 1-də start götürəcək toplanış ayın 4-nə kimi davam edəcək. Hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq.
U-17 yığmamız fevralın 5-dən 10-na qədər də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində toplanışda olacaq. Komandamız hazırlıq çərçivəsində 2 yoxlama oyunu da keçirəcək.
Millimiz fevralın 7-də və 10-da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Komandamıza dəvət edilmiş futbolçuların adları ilə sizi tanış edirik:
- Firuzə Bayramova – Dinamo Balakən
- Nərgiz Ağaliyeva – Şəfa
- Aydan Abdullayeva – Təhsil 8 İOEUGİM
- Məryəm Səmədli – Səbail
- Arzu Cəfərova – Şəfa
- Xanım Əsədova – Neftçi
- Bədriyyə Mövludova – Şəfa
- Ayşən Salamzadə – Neftçi
- Səma Əsədova – Neftçi
- Aysu Əsədova – Sabah
- Aylin Kərimova – Neftçi
- Ayan Abdiyeva – Şəfa
- Şəhanə Mirzəliyeva – Mingəçevir
- Suel Polikarpova – Ulduz
- Sara Səlimova – Gömrükçü
- Elmira Hüseynova – Ulduz
- Könül Hüseynova – Mingəçevir
- Naidə Məmmədova – Zaqatala City
- Xədicə Rəhimova – Təhsil 8 İOEUGİM
- Məhsumə Vahabzadə – Sabah