RU

"Dokta" cərimə olunur

"Dokta" Məhdud Məsuliyyətli Cəmiyyəti ticarət qaydaları əleyhinə olan (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.

Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin  452.3-cü maddəsi ilə irəli sürülüb.

Həmin məcəllənin 452.3-cü maddəsinə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500-700 manatadək məbləğdə, hüquqi şəxslər 1000-2000 manatadək məbləğdə cərimə edilir.

İşə 07.02.2025-ci il tarixində Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.

Ramiz

Избранный
10
hit.az

1Источники