RU

Təyyarə və helikopterin uçuş registratorları sudan çıxarılıb?

Vaşinqtonda qəzaya uğrayan təyyarə və helikopterin uçuş registratorları hələ də Potomak çayından çıxarılmayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat veriblər.

Xatırladaq ki, “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təyyarədə 60 sərnişin, 4 ekipaj üzvü olub, helikopterdə isə 3 hərbçi varmış.

İndiyə qədər 30 nəfərin cəsədi sudan çıxarılıb.

Избранный
2
40
axar.az

10Источники