Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Marja.az xəbər verir ki, Sərancam ilə Dövlət Proqramı təsdiqlənib.
Proqramın Tədbirlər Planında göstərilir ki, görüləcək tədbirlərdən biri də Binəqədi−Novxanı avtomobil yolunun tikintisi və istismara verilməsidir.
İcra müddəti olaraq 2025−2030-cu illə göstərilib. Görüləcək iş üzrə əsas icarçı orqan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir (AAYDA).