RU

Çimərliklərdə tapılan ağ maddə nədir?

Finlandiyanın Hanko yarımadasının sahillərində tapılan ağ maddənin qranulları yük gəmisinin yuyucu sularından çıxmış ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Finlandiyanın "Neste" neft emalı şirkəti məlumat yayıb.

"Hanko sahillərində tapılan ağ qranulların "Neste" üçün yük daşıyan gəminin yuyulma suyundan əmələ gəldiyi ehtimal olunur", - şirkətin açıqlamasında deyilir.

Gəmidəki suyun tərkibində yemək yağı, heyvan yağı və bitki yağları olub. Gəmi heyəti, "Neste"yə bildirib ki, yuyucu suyun limanın tullantı su sisteminə axıdılmasına dair göstərişlər almayıb.

Şirkət hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb və mümkün zərəri kompensasiya edəcəyini bildirib.

Избранный
1
31
publika.az

10Источники