“Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.
Modern.az xəbər verir ki, Azərbaycan çempionu VIII tur matçında Yunanıstanın “Olimpiakos” kollektivinin qonağı olub.
Pireydəki “Georgios Karaiskakis” stadionunda keçirilən görüş ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları El Kaabi (2 qol) və Julian Byankon vurublar.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edib.
Aktivində 3 xalı olan “Qarabağ” turnirin əsas mərhələsini sonuncu - 36-cı pillədə başa vurub.
Yunanıstan təmsilçisi isə 15 xalla 7-ci olub və birbaşa 1/8 finala vəsiqə qazanıb.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyunu start götürüb.
Modern.az xəbər verir ki, qarşılaşma Georgios Karaiskakis stadionunda keçirilir.
Matçı rumıniyalı baş hakim Radu Petresku idarə edir.
"Cebheinfo.az"