RU

Bakıdakı universitetlər köçürülə bilər – VAXT VERİLDİ

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev yanvarın 30-da «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

FED.az xəbər verir ki, sərəncamda Bakının nəqliyat sistemindəki gərginliyi azaltmaq üçü bir sıra ciddi tədbirlər nəzərdə tutulur. Bunlardan biri də Bakıdan iri təhsil müəssisələrinin çıxarılması ola bilər.

Belə ki, proqramda dövlət qurumlarına tapşırılır ki, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirini qiymətləndirsinlər və bununla bağlı müvafiq təkliflər hazırlasınlar.

Bu təklifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi hazırlayacaq. Araşdırma və təkliflərin hazırlanması üçün 2029-cu ilədək vaxt verilib.

Избранный
1
14
fed.az

10Источники