Son vaxtlarda kirayə mənzil bazarında yeni tendensiya müşahidə olunur. Əvvəl daha çox əşyalı mənzilə rast gəlinirdirsə, indi evlər daha çox boş təklif olunur.
Day.Az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, mülkiyyətçi mənzili yenidən təmir etdikdən sonra onu əşya ilə təmin etməkdə maraqlı olmur. Hər iki halda mənzilin kirayə qiyməti təqribən eyni təklif edildiyindən bazarda bu tendensiya yaranıb.
Ramil Osmanlı bildirib ki, kirayə mənzil bazarında hazırda tələb təklifi üstələdiyindən qiymətlərdə artım müşahidə olunur. Üstəlik bu artım dövri xarakter daşımır.
Ekspert bildirib ki, paytaxtda istismar müddəti başa çatmış və müəyyən layihələr çərçivəsində sökülməsi planlaşdırılan xeyli bina var. Bunu nəzərə alsaq, kirayə mənzil bazarında qiymət artımının davam etməsi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.