RU

Amerikanın "yumşaq gücü" niyə dəbdən düşüb?

“Nə yaxşı cins şalvar geyinmirsən?”, - dünən gənc dostumdan soruşdum. Gözləyirdim ki, “artıq dəbdə deyil” cavabını verəcək, amma elə demədi. Dedi, dünya çoxdan dəyişib, həm də cins şalvardan yorulmuşam. Beləcə dedi.
2000-ci illərin əvvələrində cins şalvar geyinmək lüks hesab edilirdi. Həmin dövrdə ucuz cins tapmaq müşkül məsələyə çevrilmişdi, bazarda ancaq brend məhsullar var idi, onların da qiyməti əsrin əvvəlləri üçün olduqca baha hesab edilirdi.
Sonra Gəncədə “Keçəllər” adlanan bazarda (yəqin ki, paralel olaraq və ya daha tez Bakı bazarlarında) Türkiyədə, Çində və digər ölkələrdə istehsal edilən cins şalvarlar görünməyə başladı və qiymətlər ucuzlaşdı. Artıq cins şalvar hamı üçün əlçatan idi, yeniyetməlik dövrümüzdə bu geyim mənim üçün xüsusi zövq verirdi. Elə bilirdim, Davit Turaşvilinin “Cins dövrünün uşaqları” kitabında yazdığı kimi, harada cins varsa, orada xoşbəxtlik də var..
Ötən əsrin 60-cı illərində Amerikan imperializminin və kapitalın simvolu hesab edilən bu geyim növü Sovet İttifaqı tərəfindən “düşmən” elan edilmişdi. Deyilənə görə, 70-ci illərdə polis küçədə, metroda cins şalvar geyinənləri saxlayıb onlardan bu paltarı haradan alqıqlarını soruşurdu. Hətta küçənin ortasında cins şalvarı polislər tərəfindən cırılan adamlar da bəhs edirlər.
İndi Bakı küçələrində cins şalvar geyinən gənclərə çox nadir hallarda rast gəlmək olur. Bu geyim artıq “boomer paltarı” hesab edilir.
Məncə, burada yalnəz dəb dəyişikliyi faktoru rol oynamır. Amerikanın yumşaq gücünün hiss ediləcək səviyyədə zəifləməsi, kapitala qarşı müqavimətin artması, gənclərin daha unikal istiqamətlərə yönəlməsi kimi amillər də var.
Hər bir halda 90-cı illərdə doğulan və Gənclər haqqında qanuna əsasən gənc hesab edilməyən gənclər üçün çox da yaxşı xəbər deyil.
Ülfan İsmayılov, ekspert
Избранный
4
21
news365.az

10Источники