RU

Yorğunluq və gərginliyi azaltmaq üçün BUNU EDİN

“Səhər yeməyi yorğunluğu və əsəbiliyi azaltmaq üçün vacibdir”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu diyetoloq Kristina Prişvina deyib.

Həkim qeyd edib ki, səhər yeməyini buraxmayan insanlar sağlamlıq problemlərindən daha az şikayət edirlər.

Prişvinanın sözlərinə görə, müntəzəm olaraq səhər yeməyi yeyən insanlar gün ərzində daha stabil insulin və qlükoza səviyyəsinə malikdirlər. Bu, performansı yaxşılaşdırmaq,  yorğunluğu və əsəbiliyi azaltmaq üçün vacibdir.

Bundan əlavə, səhər yeməyindən sonra insanın iştahını tənzimləyən hormonların səviyyəsi sabitləşir. Buna görə də, həkimin izah etdiyi kimi, insan səhər yemək yesə, gün ərzində daha az qida qəbul edəcək.

Избранный
18
26
medianews.az

10Источники