RU

Bu valyutalar manata qarşı ucuzlaşıb

Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrinin valyutaları son bir ildə manata qarşı ucuzlaşıb. 

 

Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə avro manata qarşı 4,1 faiz məzənnə dəyəri itirib. İlin əvvəlində bir avro 1,85 manat olduğu halda ilin sonunda 1,78 manata qədər enib. 

 

Türkiyə lirəsi manata nisbətən 16,8 faiz ucuzlaşıb. Bir il ərzində lirənin manata qarşı məzənnəsi 0,058 manatdan 0,048 manata qədər geriləyib. 
Rusiya rublu da manata nəzərən xeyli ucuzlaşıb. Rubl bir il müddətində 12 faiz dəyər itirib. Bir il əvvəl rubl 0,0187 manat olduğu halda ilin sonunda 0,0165 manata düşüb. 

 

Manat Çin yuanına qarşı da bahalaşıb. Çin yuanı manata nəzərən il ərzində 1,9 faiz dəyər itirib. Bir yuan 0,24 manatdan 0,23 manatadək geriləyib. 
Digər əksər valyutalara nisbətdə də manat bahalaşıb. O cümlədən Ukrayna qrivnası 11,2 faiz, Gürcüstan larisi 4,4 faiz, Qazaxıstan tengəsi 11,7 faiz, Belarus rublu 4,7 faiz ucuzlaşıb. 

 

Vasif

Избранный
2
sfera.az

1Источники