Pekində Çin, İran və Rusiyanın iştirakı ilə İranın nüvə proqramı ilə bağlı iclas keçiriləcək.
Martın 14-də paytaxt Pekində Çin, İran və Rusiyanın iştirakı ilə İranın nüvə proqramı ilə bağlı iclas keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən açıqlama verilib.
İclasa Çinin xarici işlər nazirinin müavini Ma Caoşu sədrlik edəcək.
Görüş zamanı tərəflər İranın nüvə proqramı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.