RU

Ağstafada dönərdən zəhərləndiyi güman edilənlərin sayı 10-a yüksəlib - Yenilənib

Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin sayı 10-a çatıb...

"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:

Ağstafa rayon sakinləri – A.O.E. (2021), Abbasova Nərmin Elvin qızı (2006), Məmmədli Mahirə Yavər qızı (1997), M.Z.H. (2020), Rəhimova Mehriban Vasif qızı (1971), S.H.C. (2008), S.G.C. (2015), Y.F.V. (2013), Rəhimova Həmayə Əbülfət qızı (1944), Əsədli Zaman Mehman oğlu (2004).
Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir 
Faktla bağlı araşdırma aparılır.

***

Ağstafada dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənən şəxslər rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

***

Ağstafada 9 nəfər qidadan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, üçü uşaq olmaqla 9 nəfər qida zəhərlənməsi ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Onların Ağstafa şəhər ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
71
6
poliqon.info

10Источники