RU

Latın Amerikasının nüfuzlu universitetində Azərbaycan barədə geniş təqdimat keçirilib (FOTO)

Bakı. Trend:

Latın Amerikasının ən qədim, nüfuzlu və Perunun əsas ali təhsilmüəssisələrindən biri olan və 1551-ci ildən fəaliyyət göstərən SanMarkos Böyük Milli Universitetində (Universidad Nacional Mayor deSan Marcos) geniş tələbə auditoriyası üçün təşkil edilmiş videokonfrans zamanı Azərbaycanın Perudakı səfiri Məmməd TalıbovAzərbaycan haqqında geniş təqdimat keçirib.

Trend xəbər verir ki, konfransda administrativ elmlərfakültəsinin dekanı Dr. Auqusto Hidalqo Sançez, fakültəsinin dekanmüavini Dr. Enrike Kornexo, eləcə də fakültənin dosentləri SaraMançego və Marko Mayor iştirak ediblər.

Səfir M. Talıbov tədbir iştirakçılarını müsəlman Şərqinin ilkdemokratik respublikası olan ölkəmizin tarixi, zəngin mədəniyyəti,müstəqilliyinin bərpasının ilk illərində qarşılaşdığı çətinliklərvə buna baxmayaraq, qısa müddət ərzində keçdiyi uğurlu inkişaf yoluhaqqında məlumatlandırıb.

Ümummilli lider Heydər Əliyevin həyatı, Azərbaycan dövlətininyaradılmasında müstəsna rolu, fəaliyyəti dövründə regionda həyatakeçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələrinəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasiproseslərdə baş verən dəyişikliklərdən bəhs edib.

Səfir qeyd edib ki, bu il Azərbaycanda, ölkəmizin güclü vəmüstəqil tarixini yazan Ulu öndərin 100 illik yubileyi qeyd olunur.Bununla əlaqədar olaraq, 2023-cü il Heydər Əliyev ili elanedilib.

Diplomat, həmçinin tədbir iştirakçılarına erməni təcavüzününhəqiqətlərini, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və onunnəticələri barədə, regionda yeni reallıqlar, o cümlədən Azərbaycanvə Ermənistan arasında sülh prosesi, keçmiş məcburi köçkünlərinqayıdışının təhlükəsiz şəkildə həyata keçirilməsi, eləcə də azadedilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərihaqqında məlumat verib.

Bundan əlavə səfir Azərbaycan və Peru arasında ikitərəfliəlaqələrin inkişafından, mədəniyyət, turizm və digər sahələrdəəməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xaricitələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə vətəqaüd proqramları barədə də məlumat verilib.

Konfrans zamanı verilən məlumatlar iştirakçıları tərəfindənböyük maraqla qarşılanıb və onların müxtəlif mövzular üzrəverdikləri suallar cavablandırılıb. Qeyd edək ki, video konfranssəfirliyin və təhsil ocağının sosial şəbəkələrindəki kanallarındada canlı yayımlanıb.

Latın
Latın
Latın
Latın
Избранный
451
4
az.trend.az

10Источники