RU

Argentinanın yeni hakimiyyəti minlərlə dövlət qulluqçusunun müqavilələrini yeniləməyib

Argentinanın yeni hökuməti 2023-cü ildə işə götürülən dövlət qulluqçularının müqavilələrini yeniləməyəcək.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının nümayəndəsi Manuel Adorninin sözlərinə görə, tədbir 5 000-dən çox işçini əhatə edəcək.

"2023-cü ildə imzalanmış 5 mindən bir qədər çox müqavilə yenilənməyəcək. Qalan müqavilələr 90 gün davam edəcək yoxlamadan keçəcək. 2023-cü ildə imzalanmış və müddəti 2023-cü il dekabrın 31-də başa çatan bütün müqavilələr yenilənməyəcək", - o bildirib.

Prezident Xavyer Mileyin imzaladığı fərmanda müəyyən istisnalar nəzərdə tutulub. Belə ki, qanunla müəyyən edilmiş kvota əsasında işə qəbul edilən və ya “iş üçün əvəzsiz” sayılan işçilər öz işlərini saxlaya biləcəklər.

Miley dekabrın 10-da Argentina Prezidenti vəzifəsinin icrasına başlayıb. O, dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatda "şok terapiyası"na ehtiyac olduğunu bildirib. Liberal siyasətçi dövlətin iqtisadiyyata minimal müdaxiləsini, inflyasiyanın qarşısını almaq üçün Argentina Mərkəzi Bankının ləğvini və dövlət şirkətlərinin özəlləşdirilməsini müdafiə edir. İlk tədbirlərdən biri kimi Miley hökuməti nazirliklərin sayını 18-dən 9-a endirib.

Избранный
303
3
ikisahil.az

10Источники