RU

Müfəttişlik rəisi: İstismar müddəti ötmüş, zavod lisenziyası olmayan attraksionların istifadəsinə icazə verilmir

"İstismar müddəti ötmüş və ya zavod lisenziyası olmayan attraksionların istifadəsinə icazə verilmir".

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Sənayesi Dövlət Agentliyinin Qazanqaldırıcı və Energetika Qurğularında İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, təhlükə potensialı olan obyektlərdə, o cümlədən attraksionlarda texniki nəzarətin təşkili və icra olunmasına dövlət nəzarətini həyata keçirir:

"Mexanikləşdirilmiş attraksionlar istismara buraxılmazdan əvvəl quraşdırıldıqdan sonra istehsal zavodu tərəfindən təyin olunmuş pasportla əsasında agentlikdə qeydiyyata alınır.

Mütəxəssislərimiz tərəfindən həmin attraksionlar yoxlanılaraq istismara yararlılığı müəyyən edilir, bundan sonra istismara icazə verilir. Həmin mexanikləşdirilmiş attraksionlar Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, dövlət reyestrində qeydiyyata alınmalı və istismar müddətində texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir.

İstismar müddəti ötmüş və ya zavod lisenziyası olmayan atraksionların istifadəsinə icazə verilmir.

Hər hansı attraksion istismara buraxılmadan əvvəl onun təhlükəsiz istismarını təmin etmək məqsədilə mühəndis-texniklər tərəfindən cavabdeh şəxslər təyin edilməlidir. Attestasiyadan və tibbi müayinədən keçmiş attraksion operatoru ilə təmin edilməlidir. Qeyd edilən işlərin hamısını müəyyən qaydada attraksion sahibi tərəfindən icra edilməli və həmin sənədlər agentliyə təqdim edilməlidir".

Избранный
211
50
apa.az

10Источники