"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino dünən "Mançester Yunayted" üzərində qazanılan inanılmaz qələbəni şərh edib.
Sfera.az bildirir ki, mütəxəssis bu uğuru qeyd edilməyə layiq bilməyib:
"Şənliklər? Mən təlxək deyiləm, məşqçiyəm. Sakit qalmalı və analitik düşünməliyəm, çünki mən Avropanın ən gənc komandalarından birini idarə edirəm. Bura sirk deyil”.
Qeyd edək ki, "Çelsi" dünən 2017-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqası matçında "Mançester Yunayted"i məğlub edib.
Maurisio Poçettino komandasının növbəti rəqibi “Şeffild Yunayted” olacaq. Qarşılaşma aprelin 7-də, bazar günü baş tutacaq.
Fatimə Lətif