Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Meta" tərəfindən X-ə rəqib olaraq buraxılan "Threads" tətbiqi Rəqabət Qurumunun qərarı ilə aprelin 29-dan etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır.
Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbiq "Meta" şirkətinə məxsus İnstaqramdan yeni istifadəçinin məlumatlarını avtomatik götürür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun