TR

DSX mayorunu döyən idmançılarla bağlı YENİ XƏBƏR var

DSX mayorunu döyən idmançılarla bağlı YENİ XƏBƏR var

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücumla bağlı həbs edilən kikboksçular barələrindəki qərardan narazıdırlar.

Sportinfo.az xəbər verir ki, onların şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Müdafiə tərəfi həbs qərarının ləğv edilməsini istəyib.

Hakim etirazı əsaslı hesab etməyib. Xuliqanlıqda ittiham edilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun həbsinin davamına qərar verilib.

İdmançılar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Seçilən
777
sportinfo.az

1Mənbələr