"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin birinci oyunu çərçivəsində bu gün "Dinamo" ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, "köhlən atlar" "Maksimir stadionu"nda Zaqreb təmsilçisinin qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

İsveçli hakimlər briqadasına tapşırılan görüşün baş hakimi Qlenn Nüberq olacaq, ona Maxbod Beyqi və Andreas Sederkvist köməklik göstərəcək. Qarşılaşmanın 4-cü hakimi isə Adam Ladabekdir.

VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.

20 avqust

Çempionlar Liqası, pley-off

İlk oyun

23:00 "Dinamo" - "Qarabağ"