"Barselona"nın hücumçusu Lamin Yamal zədəsini sağaldıb.
Publika.az xəbər verir ki, o, La Liqanın 15-ci turunun "Las Palmas"la oyununda meydana çıxacaq. Bu barədə Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik məlumat verib.
17 yaşlı cinah yarımmüdafiəçisi sağ topuğunun əzilməsi səbəbindən noyabrın 6-dan bəri meydana çıxmayıb.
“Lamin Yamal qayıtdı. Sabah oynayacaq, plan belədir. Ona start heyətində şans verib-verməyəcəyimə hələ qərar verməmişəm, amma oynayacaq”, - almaniyalı mütəxəssis mətbuat konfransında deyib.