AZ

Moldova portalı COP29-dan yazıb

Bakıda keçirilən COP29 dünya mediasının gündəmində əsas müzakirə mövzularından biri kimi qalmaqda davam edir.

Moldovanın “Noi.md” xəbər portalında rus və rumın dillərində nəşr edilən “Azərbaycan COP29-da ekoloji diplomatiya sahəsində sıçrayış edib” sərlövhəli məqalədə nüfuzlu beynəlxalq konfransın təşkili, müzakirə olunan strateji mövzular barədə məlumat verilib.

Məqalədə bildirilir ki, hətta gecə vaxtı aparılan mürəkkəb danışıqların nəticəsi artıq “Bakı sıçrayışı” adlandırılan razılaşma oldu: inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək iqlim maliyyəsi üçün ildə ən azı 300 milyard dollar ayrılacaq.

Məqalədə Prezident İlham Əliyevin COP29-da əldə olunan razılaşmanı “epoxal mərhələ” adlandırdığı qeyd edilib.

BMT-nin Baş katibi Antonio Quterreş tədbirin təşkilatçılarının peşəkarlığını xüsusilə yüksək qiymətləndirdi və onun uğurunda könüllülərin mühüm töhfəsini vurğuladı. Yekun bəyanatında Quterreş COP29-da əldə olunan razılaşmanın iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyduğuna diqqət çəkdi.

Yazıda xarici ölkələrin dövlət başçılarının COP29 və onun nəticələrinə dair fikirləri də yer alıb.

Seçilən
143
2
xalqqazeti.az

10Mənbələr