AZ

Bakıda 251 min dollarlıq dələduzluq- DİN əməliyyat keçirdi

Image

Polis Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfəri müəyyən edərək saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

ZÜMRÜD





Seçilən
49
49
baki-xeber.com

10Mənbələr