AZ

Qətərdən bir nümayəndə heyətinin İsrailə çatdığı iddia edildi

Həmas-İsrail danışıqlarında vasitəçi olan Qətərdən bir nümayəndə heyətinin İsrailə çatdığı iddia edildi.

NOCOMMENT xəbər verir ki, Həmas-İsrail danışıqlarında vasitəçi rolunu oynayan Qətərdən bir nümayəndə heyətini daşıyan şəxsi təyyarənin İsrailə eniş etdiyi iddia edilib.

Təyyarədə olan Qətər rəsmilərinin kimliyi ilə bağlı məlumat paylaşılmayıb.

Diplomatik əlaqələri olmayan İsrail və Qətərdən hələlik rəsmi açıqlama verilməyib.

Qətər HƏMAS və İsrail arasında münaqişədə humanitar fasilə üçün danışıqlara vasitəçilik edib və ev sahibliyi edib.

Seçilən
573
10
nocomment.az

10Mənbələr