AZ

Avropalı parlamentari Almaniyada söz azadlığının məhdudlaşdırılması ilə bağlı şikayət etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyanın Avropa Parlamentinin üzvü Tomaş Frelix öz ölkəsində söz azadlığının vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib.
Oxu.Az-ın Lenta.ru-ya istinadla verdiyi məlumata görə, narahatlığa səbəb Almaniyada irqi ayrı-seçkiliyə qarşı tədbirlərin qəbul edilməsi olub.
O, bununla bağlı Avropa Komissiyasına müraciət ünvanlayıb.
Sənəddə deputat vurğulayıb ki, İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitə (İALK) "irqi ayrı-seçkilik" anlayışının geniş təfsiri ilə fikir azadlığına getdikcə daha sərt məhdudiyyətlər qoyur.
"Komissiya İALK-nın irqi ayrı-seçkilik konsepsiyasının həddindən artıq geniş olması və onun tövsiyələrinin fikir azadlığının məhdudlaşdırılmasına gətirib çıxardığını hesab edirmi?" - deyə Frelix dəqiqləşdirib.
Deputat, həmçinin qeyd edib ki, İALK müsəlmanlara qarşı ayrı-seçkiliklə effektiv mübarizə apara bilməyəcək. Bununla əlaqədar komitə nümayəndələri Berlin hakimiyyətinə müsəlmanlara qarşı irqçiliklə mübarizə üzrə federal komissar təyin etmək məsələsinə baxmağı tövsiyə ediblər.
Seçilən
57
50
oxu.az

10Mənbələr