Bakı şəhərində Dünya Ahıska Türkləri Birliyi (DATÜB) tərəfindən təşkil olunan 5-ci Qurultay 2024-cü il dekabrın 10-da, saat 11:00-da Hilton Otelində keçiriləcəkdir. Tədbirdə dünyanın 9 ölkəsindən 200-dən çox qonaq iştirak edəcəkdir.
Qurultayın, Ahıska Türklərinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi və bu xalqın milli mübarizədəki rolunu bir daha nümayiş etdirmək məqsədi ilə Baki şəhərində keçirilməsi zərüri hesab edilmişdir.
Ahıska Türkləri hər zaman Azərbaycanın yanında olmuş və müxtəlif mərhələlərdə həm maddi, həm də mənəvi dəstəkləri ilə bu ölkənin mühüm məsələlərində iştirak etmişlər.
Xüsusilə, 1-ci və 2-ci Qarabağ müharibələrində Ahıska Türklərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq danılmazdır. 1-ci Qarabağ Müharibəsində 100-ə yaxın şəhid və 1 milli Qəhrəman, 2-ci Qarabağ müharibəsində isə 9 şəhid və 1 Vətən müharibəsi qəhrəmanımız vardır. Bu igidlər, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda öz canlarını fəda edərək, tarixdə silinməz iz buraxmışlar.
DATÜB-ün Başqanı Ziyattin Kassanov müharibədən sonra şəhid ailələri ilə görüşərək, onlara həm maddi, həm də mənəvi dəstək vermişdir. Bu cür addımlar, Ahıska Türklərinin Azərbaycanın hər zaman yanında olduğunu əks etdirirmişdir.
Bakı şəhərində keçiriləcək 5-ci Qurultay, işğaldan azad olunmuş Qarabağ torpaqlarının əhəmiyyətini və Azərbaycan xalqının Qarabağ zəfərini qeyd etməyə xüsusi diqqət yönəldəcəkdir. Ahıska Türkləri, Qarabağ müharibəsində göstərdikləri dəstəklə, bu tarixi anın bir hissəsi olmuş və Azərbaycanın hər zaman yanında olmağa davam edəcəklərini bir daha sübut etmişlər.
Qurultayda, Dünya Ahıska Türkləri Birliyinin İdarə Heyətinin seçilməsi, tarixi və gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə ediləcəkdir. Tədbir həmçinin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, ABŞ, Gürcüstan, Qırğızıstan, Şimali Kipr və Ukraynadan qonaqlar, ekspertlər və mütəxəssislər də iştirak edəcəklər.