AZ

Maliynen: Fon der Lyayenin sərhəd qərarı Şərqi Finlandiyanı məhv edəcək- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Avropa İttifaqının Rusiya ilə sərhədlərinin möhkəmləndirilməsi üçün vəsait ayırmaq qərarı Şərqi Finlandiyanın iqtisadiyyatını tamamilə məhv edəcək. Bu barədə Helsink Universitetinin professoru Tomas Malinen bildirib.

Malinen sosial şəbəkədə yazıb:
"Bu qərarın tərcüməsi belədir: Finlandiya Rusiya ilə olan 1340 kilometrlik şərq sərhədini bağlı saxlayaraq Şərqi Finlandiyanın iqtisadiyyatını məhv edəcək. Avropalılar nə vaxt başa düşəcəklər ki, bu cür 'liderlərdən' qurtulmaq lazımdır?"

Xatırladaq ki, fon der Lyayen Avropa İttifaqına üzv olan və Rusiya ilə sərhədi olan altı ölkəyə təhdidlərə qarşı mübarizə məqsədilə 170 milyon avro ayırmaq qərarı verib.

Qeyd edək ki, Finlandiya keçən il Rusiya ilə quru sərhəd keçid məntəqələrinin hamısını bağlamış və bu qərarı aprel ayında müddətsiz uzatmışdı. Finlandiyada 2023-cü ilin yanvar-noyabr aylarında 2800 şirkət iflas edib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov daha əvvəl qeyd etmişdi ki, Rusiya və Finlandiya arasındakı bütün dostluq münasibətləri bir gecədə yox olub. Tomas Malinen isə sərhədin bağlanmasını mənasız bir addım adlandırmışdı.

Finlandiyanın nüfuzlu "Helsingin Sanomat" nəşri isə fin deputat Kimmo Kilyuneni sərhədin yenidən açılması məsələsinə münasibətini dəyişdirdiyini yazmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
38
olaylar.az

10Mənbələr