AZ

“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artısti Əlixan Səmədov olacaq

Bakı, 20 dekabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti, balaban ifaçısı Əlixan Səmədovla görüş keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş dekabrın 25-də Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində təşkil olunacaq.

Görüşdə balaban ifaçılığı sənəti, pedaqoji fəaliyyət, uşaq və gənclərin nəfəs alətlərinə marağının artırılması və xaricdə yaşayan Azərbaycan mədəniyyət xadimlərinin fəaliyyəti barədə söhbət aparılacaq.

Sənətkarın və istedadlı gənclərin ifasında müxtəlif musiqi əsərləri təqdim olunacaq.

 

Seçilən
28
12
azertag.az

10Mənbələr