"Bitcoin" də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 11,87 faiz azalaraq 3 trilyon 130 milyard dollara düşüb.ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn il faiz endirimində daha ehtiyatlı olacağına dair göstərişi səbəbiylə ən böyük kriptovalyuta olan "Bitcoin" satış təzyiqi altında son 24 saatda 9,93 faiz azalaraq 93 min dolların altına düşüb.92 min 224 dollardan əməliyyat edilən bitkoinin həftəlik dəyər itkisi 7,82 faizə çatıb.Dekabrın 17-də 107 min 780 dollarla bütün zamanların ən yüksək həddinə çatan "Bitcoin"in ucuzlaşması 3 gündə 14 faizi keçib.Bazar dəyərinə görə 2-ci yerdə olan "Ethereum"un qiyməti təxminən 14,98 faiz dəyər itirərək 3 min 148 dollara düşüb.Analitiklər ABŞ-da iqtisadiyyatın isti qalmaqda davam etdiyini, Trampın həyata keçirəcəyi siyasətlərlə bağlı inflyasiya narahatlıqlarının və FED-in inflyasiya ilə mübarizəni gözlənildiyindən daha uzun müddətdə başa çatdıracağına dair gözləntilərin kriptovalyutalar kimi riskli aktivlər üzərində satış təzyiqi yaratdığını bildirirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta