Dekabrın 25-də paytaxtda və Abşeron yarımadasında hava tutqun, yağıntısız olacaq. Şimal-qərb küləyi əsəcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə təşkil edəcək.
Ölkə ərazisində yağıntı gözlənilmir, bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Aran rayonlarında gecə 2-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 5 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti olacaq.