İngiltərənin "Aston Villa" klubu öz yetirməsi Filip Marşalla yeni müqavilə imzalayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
Hazırda 2-ci Liqa təmsilçisi "Kryu Aleksandra"da icarə əsasında çıxış edən qapıçı ilə müqavilənin şərtləri açıqlanmayıb. O, icarədə olduğu klubda indiyə qədər 25 oyun keçirib və bu matçların 9-da qapısını qolsuz saxlamağı bacarıb.
21 yaşlı qolkiper ötən mövsüm Konfrans Liqasında Xorvatiyanın "Zrinski" komandası ilə keçirilən qarşılaşmada "Aston Villa" formasıyla debüt edib.