Bəşər Əsədi devirmək üçün hücumda iştirak edən Suriya silahlı qüvvələri özlərini buraxmaq və Suriya Müdafiə Nazirliyinə qoşulmaq barədə razılığa gəliblər, Aljazeera xəbər verir.
Razılıq hakimiyyətə gələn “Həyat Təhrir əl-Şam”ın lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Culani kimi tanınır) ilə qrup komandirləri arasında keçirilən görüşdən sonra əldə edilib.
AFP-nin qeyd etdiyi kimi, görüşdən sonra dərc edilən fotoşəkildə Əhməd əl-Şara kürd qüvvələrinin nümayəndələri istisna olmaqla, Suriyada fəaliyyət göstərən bir neçə qruplaşmanın liderlərinin əhatəsində dayanıb. Eyni zamanda, HTS rəhbəri ölkədə “dövlət tərəfindən idarə olunmayan silahların”, o cümlədən kürd qüvvələrinin qarşısının alınması planlarından danışıb.
Oxuməni.az