AZ

32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq

Bakı. Trend:

Son məlumata görə, qəzaya uğrayan təyyarədən 32 nəfər sağçıxıb.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyükprokuroru Kənan Zeynalov brifinqdə deyib.

O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanlarınınəməkdaşları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davametdirilir

"Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlıişlər aparılır. İstintaqla bağlı hazırda hər hansı bir nəticə deyəbilmirik. Lakin müvafiq ekspertizalar həyata keçirilir. AzərbaycanBaş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstanaezam olunub, iş başındadır", - o qeyd edib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Seçilən
93
2
az.trend.az

10Mənbələr