Rusiya Müdafiə Nazirliyi bildirib ki, rus qoşunları “Ukraynada kritik enerji infrastrukturu obyektlərinə” zərbələr endirib. Zərbənin hədəfinə çatıldığı və “bütün obyektlərin vurulduğu” bildirilir.
Rusiya ordusu kütləvi zərbə üçün uzaqmənzilli dəqiq silahlardan və pilotsuz uçuş aparatlarından istifadə edib. Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, hücuma məruz qalan enerji obyektləri Ukraynanın hərbi sənaye kompleksinin fəaliyyətini təmin edib.
Nazirlik həmçinin xarici muzdluların və Ukrayna Təhlükəsizlik Xidmətinin yerləşdiyi yerin məhv edildiyini açıqlayıb. Hücum üçün təyyarə, PUA, raket və artilleriyadan istifadə edilib. Hərbi aerodromlara da zərbələr endirilib.