AZ

Rusiya Xarici İşlər Nazirliyi Tramp komandası ilə təmaslardan danışıb

Rusiyanın ABŞ-ın gələcək prezidenti Donald Trampın komandası ilə hələlik heç bir əlaqəsi olmayıb.

Oxu24.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"ABŞ-da hakimiyyət dəyişikliyi olduqda, müvafiq təyinatlar edildikdə, o zaman şərh vermək, prinsipcə, məna kəsb edəcək", deyə o bildirib.

Bir gün əvvəl prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya artıq müxtəlif ölkələrdən Putinlə Trampın mümkün görüşü üçün platformaya çevrilmək üçün bir neçə təklif alıb.

Dekabrın 19-da birbaşa xətt zamanı Rusiya prezidenti Trampla istəsə görüşməyə hazır olduğunu bəyan edib.

Dekabrın 22-də Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Putinlə görüşü gözləyəcəyini bildirib.

Daha əvvəl Federasiya Şurası Putinlə Trampın görüşünün vaxtını təklif etmişdi.

 

Nigar

 

Seçilən
95
34
oxu24.com

10Mənbələr