“Azərbaycan Hava Yolları” (AZAL) Aktau şəhəri yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı qəza yerində Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin istintaq qrupu araşdırma işləri aparır. Qəza rayonda fəaliyyət göstərən güc strukturlarının nümayəndələri hadisə yerində istintaqa lazım olan dəlillərin mövcud olduğunu bildiriblər. Qazaxıstan rəsmi nümayəndələri azərbaycanlı həmkarları ilə koordinasiyalı formada araşdırma işlərini aparırlar. İstintaq qrupu hadisəni bütün versiyalara görə araşdırırlar. “Azərbaycan Hava Yolları”nın (AZAL) Aktau şəhəri yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğradığı yerdə 97 texnika və 482 nəfər xilasedici işləyir.
Demokrat.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Dinara Nurqaliyeva bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan, Qazaxıstan və Rusiya arasında onlayn formada informasiya mübadiləsi aparılır: "Qazaxıstanın fövqəladə hallar naziri hadisə yerindədir. Baş verən qəza ilə bağlı aparılan istintaq işinin nəticəsinə görə yekun məlumat veriləcək".
Dinara Nurqaliyeva qeyd edib ki, hazırda xəstəxanada 29 yaralı var, onlardan ikisi uşaqdır.
Qeyd edək ki, hadisə yerinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/12/25/1/fe35bdc1-f6bd-499c-943a-a909d6d3e062/b73b50a2-c48f-4b23-8da8-f4d5f8566913.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/12/25/1/be79e3dc-fc06-420e-a137-3a2c7fd9f7e1/cb41401b-0f8f-4f68-89fe-abd6ba01c64c.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/12/25/1/fcce4c49-7da7-4525-813d-a6382c156d25/41673957-8a88-41bf-b75a-14dc979bc1a0.jpg)
10Mənbələr
-
demokrat.azQəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir — FOTOLAR ( 14364637)
-
publika.azQəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir - FOTOLAR ( 14363512)
-
avtosfer.azQəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir - Dinara Nurqaliyeva ( 14363347)
-
azertag.azDinara Nurqaliyeva: Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir FOTOLAR ( 14362819)
-
xalqqazeti.azDinara Nurqaliyeva: Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir ( 14362618)
-
sia.azQəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir ( 14362375)
-
azertag.azDinara Nurqaliyeva: Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir ( 14362105)
-
ucnoqta.azHacıqabulda quldurluq edən 3 nəfər həbs olundu ( 13532458)
-
ucnoqta.azMalayziyada daşqınlar nəticəsində 4 nəfər ölüb - 80 mindən çox ... ( 13497691)
-
unikal.azErmənistan və İran səfirləri Rusiyada görüşdülər ( 13476910)