Qəzza zolağının mərkəzində İsrailin hücumu nəticəsində azı 5 fələstinli jurnalist həlak olub...
Poliqon xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri anklavın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində Əl-Avda xəstəxanasının qarşısında yerləşən Quds News Network telekanalının peyk yayımını həyata keçirən avtomobilə hücum edib. Telekanal 5 jurnalistin öldürüldüyünü təsdiqləyib.
Poliqon.info