AZ

Qəzada sağ qalan Balakən sakininin anası: Oğlum və yoldaşım bayram keçirməyə gedirdi

“Yoldaşım və oğlum Qroznıya bayram keçirməyə gedirdilər”.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bunu Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində sağ qalan Samir Devrişovun anası Balakən rayon sakini Üzlüfət Devrişova deyib.

Onun sözlərinə görə, böyük oğlu Sahib Devrişov 20 ildir ki, Qroznıda yaşayır. Həyat yoldaşı və oğlu Yeni il bayramını qeyd etmək üçün Bakı-Qroznı təyyarəsi ilə yola düşüblər. Onun sözlərinə görə, ailə təyyarənin Aktau şəhərində qəzaya düşməsi barədə ilk məlumatı Qroznı şəhərində yaşayan oğlu Sahibdən eşidiblər. Xəbəri eşidib ailə çox gərgin anlar yaşayıb. Bir neçə saat sonra isə qəzaya düşən oğlu Samir bacısı Günay ilə əlaqə saxlayaraq təyyarənin qəzaya düşməsi barədə məlumat verib. Özünün və atası Tofiqin sağ qaldığını bildirilib. Hazırda Samir və atası Aktau şəhərində xəstəxanadadırlar. Samirin ailəsinə verdiyi məlumata görə, bu gün günün iknci yarısında xüsusi reyslə Bakıya qayıdacaqları gözlənilir.

Qəzada Qəzada Qəzada Qəzada Qəzada Qəzada
Seçilən
32
34
apa.az

10Mənbələr