AZ

Ticarət informasiya portalının istifadəyə veriləcəyi tarix açıqlanıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi tərəfindən hazırda yaradılmaqda olan“ticarət informasiya portal”nın istifadəyə veriləcəyi tarix məlumolub.

Trendnazirliyə istinadən xəbər verir ki, bu barədə biznes mühiti vəbeynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçiqrupunun video-konfrans formatında keçirilən iclasında məlumatverilib.

Məlumata görə, işçi qrupun rəhbəri, iqtisadiyyat nazirininbirinci müavini Elnur Əliyev, Biznes mühiti və beynəlxalqreytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət vəsənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi,koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri VüsalŞıxəliyev və Sərhəddə ticarət üzrə dövlət xidmətlərininsəmərəliliyinin artırılması altqrupunun rəhbəri, Dövlət GömrükKomitəsinin sədr müavini Natiq Şirinov, aidiyyəti dövlətqurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə keçiriləniclasda cari il ərzində görülmüş işlərə dair müzakirələraparılıb.

İclasda Yol xəritəsində nəzərdə tutulan bəndlərin, “BusinessReady” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlıİntensiv Kommunikasiya Planının icra vəziyyətinə dair təqdimatlardinlənilib. Həmçinin hazırda yaradılmaqda olan “ticarət informasiyaportalı” barədə iclas iştirakçılarına məlumat verilib. Portaldabeynəlxalq ticarət prosedurları və qaydalarına dair ardıcılməlumatlar, xarici ölkələrin idxala dair tələbləri, gömrükprosedurları və digər məlumatlar öz əksini tapacaqdır. Portalın2025-ci ilin 2-ci yarısında tam fəaliyyətə başlamasıplanlaşdırılır.

Daha sonra “B-Ready” sorğusunun növbəti il üzrəqiymətləndirməsinə dair məlumatlar və 2025-ci il üzrə Yolxəritəsinə daxil ediləcək tapşırıqlara dair müzakirələr aparılıb vəmüvafiq tövsiyələr verilib.

Seçilən
102
5
az.trend.az

10Mənbələr