AZ

Yusuf Sarı “Başakşəhər”də

“Adana Dəmirspor”un sağ cinah hücumçusu Yusuf Sarı bu klubdan ayrılaraq Türkiyə Super Liqasının digər təmsilçisi “Başakşərə”ə keçib.

Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı futbolçu yeni klubu ilə 3,5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Transferin bütün detalları açıqlanmasa da, futbolçunun gələcəkdəki satışından müəyyən hissənin “Adana Dəmirspor”a çatacağı diqqətə çatdırılıb.

Yusuf Sarı Marsel “Olimpik”inin (Fransa) yetirməsidir. O, Fransada “Klermon”un da formasını geyinib. 2019-cu ildə Marsel “Olimpik”indən “Trabzonspor”a keçən hücumçu Türkiyədə “Rizəspor”un da uğurları üçün çalışıb. 2022-ci ildən “Adana Dəmirspor”da çıxış edən futbolçu bu komandanın heyətində 76 oyuna çıxıb, 12 qol və 17 məhsuldar ötürmə müəllifi olub.

Türkiyənin U-21 yığmasında da oynamış Yusuf Sarı 2023-cü ildən əsas millidə çıxış edir. O, Türkiyə millisinin heyətində 4 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 3,8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
65
6
arena.az

4Mənbələr