AZ

“TikTok” dalğası: daha bir tiktoker həbs olunub

İlhamə Elşadqızına qarşı narkotik ittihamı irəli sürülüb 

"TikTok” sosial şəbəkəsində "əxlaqsızlığın təbliğinə qarşı əməliyyatlar” adı altında saxlanılan tiktokerdən biri də telekanallarda şair kimi təqdim edilən İlhamə Elşadqızı idi. Lakin ona qarşı narkotiklə bağlı ittiham irəli sürülüb.

O, Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham olunur.

Bu ittihamla da onun haqqında istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Həbs qərarı Yasamal Rayon Məhkəməsində verilib.

İttihama əsasən, saxlanılarkən İlhamə Elşadqızının üzərindən narkotik tapılıb. Lakin o, bunun yalan olduğunu bildirir və narkotik ittihamını qəbul etmir.

İlhamə Elşadqızı Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Son bir həftə ərzində Azərbaycanda polis tiktokerlərə qarşı silsilə əməliyyatlar keçirir.

Əməliyyatlar nəticəsində 10 nəfərdən son "TikTok” fəalı həbs edilib.

Onların arasında məşhur televiziya aparıcısı Azər Zahid kimi tanınan, "azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov, "emin_resad” adlı "TikTok” səhifəsinin idarəçiləri Emin və Rəşad Abdullayev qardaşları, "Vaqa” kimi tanınan Vüqar Zeynalzadə, Nuh Məmmədov və digərləri var.

Tiktokerlərə qarşı əməliyyatları əvvəllər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Banditizm”) tabeliyində olan, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin tabeliyində ayrıca quruma çevrilən Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi həyata keçirir.

Azər İsmayılov və daha bir neçə nəfər TikTok”da müxtəlif adlar altında əyləncə yarışlarının təşkilində ittiham olunur.

Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 244-1 (qumar oyunlarının təşkili) maddələrilə ittiham irəli sürülüb.

Bəzilərinə isə narkotik ittihamı verilib.

Seçilən
98
50
arqument.az

10Mənbələr