Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi "Bakı Qida və Yağ Fabriki" MMC-ni cərimələyib.
Valyuta.az xəbər verir ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsi ilə cərimə yazılıb.
Şirkət dövlət qurumunun qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.
Şikayətə Nizami Rayon Məhkəməsində baxılacaq.
Hüseyn