Gürcüstanın baş naziri İvanişviliyə qarşı sanksiyaları milli maraqların qorunmasına görə mükafat adlandırıb...
Poliqon xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-nin hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalarını şərh edib. Baş nazirin fikrincə, bu sanksiya milli maraqların qorunmasının mükafatıdır.
“Xüsusi heç nə yoxdur. Bu, sadəcə olaraq, ölkəmizin milli maraqlarını qorumaq üçün verilən mükafatdır”, deyə cənab Kobaxidze jurnalistlərə bildirib.
Baş nazir qeyd edib ki, İvanişvili son bir neçə il ərzində de-fakto sanksiyalar altında olub, sadəcə ABŞ indi bu qərarı rəsmiləşdirib.
Qeyd edək ki, Birləşmiş Ştatlar dekabrın 27-də İvanişvilini sanksiya siyahısına əlavə edbi. O, Rusiya ilə əlaqələrinə görə sanksiya siyahısına daxil edilib.
Dekabrın ortalarından başlayaraq hökumət, parlament üzvləri və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 20 Gürcüstan vətəndaşı Qərb ölkələrində məhdudiyyətlərə məruz qalıb.
Poliqon.info