15 fevral 2025-ci il saat 13.00-da “Böyükşor Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Səhmdar cəmiyyətin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və illik hesabatların təsdiqi.
2. Mənfəətin bölüşdürülməsi və dividendlərin verilməsi haqqında qərarın qəbul edilməsi.
Ümumi yığıncaq Bakı şəhəri, Böyükşor qəsəbəsi, 2062-ci məhəllədə keçiriləcəkdir. Səhmdarlar onları maraqlandıran məsələlərlə əlaqədar rəhbərliyə müraciət edə bilərlər. Səhmdarlardan şəxsiyyət vəsiqələrinin və bank rekvizitlərinin təqdim edilməsi xahiş olunur.
Müşahidə şurası