Ermənistan Belarusdan geri çağırdığı səfir Razmik Xumaryanı geri qaytarmaq niyyətində deyil.
Yenisabah.az “Sputnik-Armenia”ya istinadla xəbər verir ki, bu barədə diplomatik mənbələr danışıb.
R. Xumaryan 2024-cü ilin iyununda məsləhətləşmələr üçün çağırılıb.
Dekabrın 26-da Avrasiya İqtisadi İttifaqının toplantısına videokonfrans vasitəsilə qatılan Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus prezidenti Aleksandr Lukaşenko arasında söz davası yaranıb.
Buna səbəb N. Paşinyanın ölkəsinin nümayəndə heyətinin ittifaqın sammitinə qatılmayacağı barədə bəyanatı olub. Lukaşenko isə Ermənistan hökumətinin başçısına irad tutub: “Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.
Telegram kanalımız