AZ

Ermənistan Belarusdan çağırdığı səfiri geri göndərməyəcək

Ermənistan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmaq niyyətində deyil.

Olaylar xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Xumaryan hələ 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana çağırılıb.

Məlumata görə, bundan sonra o, Belarusa qayıtmayıb.

Qeyd edək ki, dekabrın 26-da Avrasiya İqtisadi İttifaqının toplantısına videokonfrans vasitəsilə qatılan Ermənistanın Baş naziri Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenko arasında mübahisə yaranıb. Buna səbəb Paşinyanın ölkəsinin nümayəndə heyətinin ittifaqın sammitinə qatılmayacağı barədə bəyanatı olub. A. Lukaşenko isə Ermənistan hökumətinin başçısına irad tutub: "Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
54
4
olaylar.az

5Mənbələr