AZ

Dövlət Xidməti: Mənşə sertifikatının verilməsi 10 %-dan çox artıb

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 72 406 mənşə sertifikatı verib.

“Report” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % çoxdur.

“Mallar üzərində tarif və qeyri-tarif tənzimlənməsinin həyata keçirilməsi məqsədilə müəyyən olunan mənşə sertifikatı ixrac-idxal əməliyyatları zamanı sahibkarların güzəştli gömrük rüsumlarından faydalanmasına şərait yaradır”, - deyə M.Abbasbəyli qeyd edib.

Seçilən
103
4
far.az

8Mənbələr