AZ

Mozambikdə baş verən zorakılıqlarda 261 nəfər öldü

Mozambikdə keçirilən nümayişlərdə ölənlərin sayı 261-ə yüksəlib.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, nümayişlərin səbəbi Mozambikdə Daniel Çaponun prezident seçilməsi olub.
 
Konstitusiya Məhkəməsinin bazar ertəsi Çaponun seçkilərdəki qələbəsini təsdiqləməsi hadisələrin şiddətlənməsinə səbəb olub.

Daniel Çapo bazar ertəsindən bəri dağıdıcı şəhər iğtişaşları ilə sarsılan Cənubi Afrika ölkəsini zorakılığa son qoymağa çağırıb.
 
47 yaşlı Daniel Çaponun sözlərinə görə, ən çox zərər çəkən şəhərlər paytaxt Maputo və onun qonşusu Matola, həmçinin Beyra (mərkəz) və Nampula (şimal) olub.
Qeyd edək ki, Çapo yarım əsrdir hakimiyyətdə olan təsdiq edilmiş Mozambik Azadlıq Cəbhəsi Frelimo-nun namizədi idi.
 
7News.Az
 
Seçilən
74
3
7news.az

10Mənbələr